Putinlə Ərdoğanın görüşü başladı - Dünyanın gözü Moskvada

img

23-01-2019 [20:56]


Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

"Report” "Anadolu" agentliyinəistinadən xəbər verir ki, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən əvvəl dövlət başçıları jurnalistlərə qısa açıqlamalar veriblər.

Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədarbaşsağlığı veriblər. Türkiyə Prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyinibildiriblər.

Prezidentlərin görüşündən sonra geniş tərkibdə aparılacaqdanışıqlar əsnasında iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşavir Fəxrəddin Altu sosial şəbəkədə paylaşdığı yazıda Suriya böhranının səfər gündəmində mühüm yer tutduğunu qeyd edərək Suriyada təkcə YPG terror təşkilatına qarşı mübarizə aparmaqdan savayı, həm də qonşu ölkədəki böhranın daha da dərinləşməməsi üçün siyasi çözüm əldə etməyə çalışdıqlarını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA