İşdən çıxarılan aparat rəhbəri Alışanovun bacısı oğluymuş

img

23-01-2019 [16:31]


Bir qədər əvvəl AzTV-nin Aparat rəhbəri Dəyanət Cəfərovun vəzifədən azad olunması ilə bağlı yayılan xəbərə qurumun sözçüsü tərəfindən açıqlama verilib. 

Qeyd olunub ki, guya, sözügedən şəxs hələ köhnə sədr Arif Alışanovun vaxtında işdən çıxarılıb.

"Qafqazinfo”ya daxil olan məlumata görə isə AzTV-nin keçmiş sədri Arif Alışanovun bacısı oğlu və keçmiş bank əməkdaşı olan D.Cəfərov məhz dayısının hesabına kanalda aparat rəhbəri vəzifəsidə gətirilib və burada uzun müddət maneəsiz fəaliyyət göstərib.

Bundan əlavə, onları tək işbirliyi bir araya gətirməyib. Dayı-bacıoğlu eyni zamanda biznes ortaqlığı ilə məşğul olublar.

Belə ki, A.Alışanovun maklerlə torpaq çəkişməsində məhz D.Cəfərov baş rolda olub və zərərçəkmiş kimi məhkəmələrdə iştirak edərək ifadə verib. Və bacıoğlu D.Cəfərov mətbuat xidmətinin qeyd etdiyi kimi, dayısının dövründə deyil, məhz TV-yə yeni rəhbər gələndən sonra, daha dəqiq desək, iki gün əvvəl kanaldan qovulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA