Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı QƏRAR VERDİ

img

23-01-2019 [14:36]


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə səsləndirdiyi fikirlərə görə Xətai rayon məhkəməsi psixoloq Nərmin Şahmarzadəyə bəraət hökmü verib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə psixoloq Nərmin Şahmarzadənin təqsiri sübuta yetirilməyib. Buna görə də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində bəraət hökmü çıxarılıb.

Nərmin Şahmarzadə barədə məhkəməyə şikayət edən vəkil Ramil Rüstəmov və Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev qərardan narazı qalıb. Araz Musayev qərardan narazı qaldıqları üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA