Palatanın "Qaçqınkom"dakı yoxlaması... - Əli Həsənovun köməkçisi Mia.az-a açıqlama verdi

img

22-01-2019 [18:03]


2019-cu il 21 yanvar tarixdə xəbər saytlarında Hesablama Palatasının "Qaçqınkom"da apardığı yoxlamalarla bağlı mətbuatda yayılan xəbərlərə Baş nazirin müavini, keçmiş komitə sədri Əli Həsənovun köməkçisi tərəfindən aydınlıq gətirilib.

Baş nazir müavini Əli Həsənovun köməkçisi Ramin Taliblı Mia.az-a verdiyi açıqlamada "Əli Həsənovun başı dərddə: "Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...” başlıqlı yazılarda qeyd olunanların doğru olmadığını deyib: 

"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək  verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ  göndərilmişdir".

Baş nazirin köpməkçisi bildirib ki, qeyd etdiyi məlumat Hesablama Palatası ilə dəqiqləşdirilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA