Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb

img

22-01-2019 [17:28]


Bakı Nəqliyyat Agentliyi 1 ay yarım ərzində qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, küçələrdə qanunsuz parklanmalar biabırçı vəziyyət yaradıb:

"Bakıda 35 qapalı parklanma yeri olduğu halda sürücülər avtomobilləri küçələrdə qanunsuz park edirlər. Məsələn, Qış parkında qapalı park olduğu halda, sürücülər həmin parkın yanındakı küçədə avtomobilləri qanunsuz park edirlər. Bizim məqsədimiz vətəndaşları incitmək deyil, vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Tıxaclar vətəndaşların rahatlığını pozur, əsəblərinə təsir edir".

V.Kərimli qeyd edib ki, Agentliyin məqsədi bu cür hallarin qarşısını almaqdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA