22-01-2019 [15:09]
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Bu gün Prezident İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə də görüşüb.
Görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının "Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, Dünya Bankının "Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb.
Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kirstalina Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.
Dünya Bankının baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif etdi. Bildirib ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.
Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edib. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirib. Qeyd etdi ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.
Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə etdi və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini vurğulayıb. Dövlət başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların "Doing Business 2019” hesabatında əks olunmasından məmnunluğunu vurğulayıb. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını dedi. Qeyd etdi ki, "Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Dövlətimizin başçısı bunu böyük uğur kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olundu.
Dövlətimizin başçısı, xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirdi, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.
Görüşdə qeyd olundu ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.
Dövlət başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi