İcra başçısından bahalı ABŞ maşını sürməsinə reaksiya: "Axı mənim yanımda Tramp kimdir?"

img

22-01-2019 [13:55]


Şuşanın icra başçısı Bayram Səfərov ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Mia.az-ın məlumatına görə, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb.Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA