"Yalnız mütaliə ilə intellektual cəmiyyətə çevrilmək mümkündür" - Şəmkirdə tədbir

img

21-01-2019 [16:35]


İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi  "Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir. 

Mia.az-a daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhərində baş tutub. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yeniyetmə və gənclər iştirak ediblər.

Şəmkir rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılov qloballaşma çağında milli-mənəvi dəyərlərin təbliğinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. E.İsmayılov sözügedən layihənin icrasının bu prosesə layiqli töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Qeyd edib ki, dövlət qurumları ilə yanaşı, QHT-lərin, tanınmış ictimai şəxslərin milli-mənəvi dəyərlərin təbliğində iştirak etməsi təqdirəlayiq haldır.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Natiq qeyd edib ki, bu siyasətin reallaşmasında Gənclər Fondunun xüsusi rolu vardır.

S.Pənəliyev yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliğinin zamanın tələbi olduğunu deyib. Bildirib ki, yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərin qorunmasına töhfə verə bilərlər.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilməyin mümkün olduğunu bildirib. Qeyd edib ki, təkcə rəsmi strukturlar deyil, bütövlükdə cəmiyyət özü yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasına səy göstərməlidir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA