Bəbək prospektində yol çökdü - 1 ay əvvəl təmir olunub

img

21-01-2019 [11:54]


Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

Babək prospektinin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb.

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib/Qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA