Sahil Babayevə yeni müşavir təyin olundu - Mustafa Abbasbəyli kimdi? + DOSYE/FOTO

img

21-01-2019 [10:08]


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib. 

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.



Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSR-in Gəncə şəhərində ziyalı ailəsində doğulub.

1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbinə daxil olmuş, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbinə, 1995-ci ildə isə 12 saylı Gəncə şəhər orta məktəbinə keçmiş və 1996-cı ildə həmin məktəbdən məzun olub.

1996—2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində, "Beynəlxalq Hüquq” ixtisası üzrə, 2000—2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində "Türk Dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.

2001—2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində "Xüsusi Hüquq” ixtisası üzrə magistratura pilləsini bitirib.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu aspirant olaraq daxil olmuş, 2009-cu ildə "12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə "Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-cü ildən Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq fəaliyyətə başlamış, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik etmişdir. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olmuş, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.[8][9][10][11] 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərmişdir. 2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və İdarəetmə” kafedrasında müəllimdir.

2015-ci ildən 2018-ci ilədək Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından 2018-ci ilədək Beyli Group şirkətinin Baş Direktoru,2018-ci ilin yanvar ayından Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olaraq fəaliyyət göstərib.

2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsində çalışıb.

2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

2014-cü ildən Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.

50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-ünün isə həmmüəllifidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA