Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub - FOTO

img

19-01-2019 [17:57]


Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

"Report”un xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib. 

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də təxminən saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA