"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" - Donald Tramp

img

19-01-2019 [15:48]


ABŞ Prezidenti Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə bağlı təbrik məktubu ünvanlayıb.

Mia.az TASS-a istinadən bildirir ki, Paşinyanı təbrik edən Tramp məktubunda Qarabağla bağlı da söz açıb: "Birlikdə ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin dərinləşməsində, qlobal təhlükəsizliyin möhkəmləndirilməsində və korrupsiyaya qarşı mübarizədə irəliləyiş əldə edə bilərik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA