19-01-2019 [00:47]
Qoç - rahat, əlverişli, münasib gündür. Harasa tələsməyin, səbrli olun, təmkinli davranın. Genişmiqyaslı layihənin vaxtı hələ çatmayıb. Rutin fəaliyyətlə məşğul olun.
Günün olaylarında təbəddülat və qarışıqlıqlar var. Hadisələrin axarına kəskin müdaxilələr etməsəniz, maraqlı sürprizlə qarşılaşacaqsınız. Çoxdan tanıdığınız insanlardan birinin bələd olmadığınız məziyyətini görəcəksiniz.
Hansısa mövzunun diqqətinizi bütünlüklə zəbt etməsinə imkan verməyin.
Günün ikinci yarısında ehtiyatlı olun.
Buğa - planlarınızda dəyişikliklər olacaq. Ailə üzvlərinizdən birinin və ya çətinliyə düşmüş yaxın insanın yardıma ehtiyacı var. Rahat istirahət və əyləncə arzularınızı unudun.
Aktiv olun, işlərdə süstlük etməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fəal olun.
Şəxsi münasibətlərdə emosiyalarınıza hakim olun. Amma inadkarlığınız və qətiyyətiniz ifrata varmasın. Məşğul olduğunuz işin effektivliyini düşünün.
İdeyalarınızı reallaşdırarkən yaşam və fəaliyyət arealını qaydaya salın.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - hadisələrin məcrasında ləngimə hiss olunur. Yeni layihə və ya iş danışıqlar mərhələsində qala bilər. Kimisə nəyəsə inandırmaq və ya həqiqətə nail olmağa çalışırsınızsa, vaxtınızı boşuna sərf etməyin.
Gedişat sizdən, fəaliyyətinizi təşkil etmək bacarığınızdan asılıdır.
Anlaşma və sövdələşmələr, sərmayə yatırmaq üçün yaxşı gün deyil.
Başladığınız işləri davam etdirin. Şəxsi münasibətlərdə problemlər yarana bilər. Tərəfdaşla ümumi marağınızı həyata keçirməyə tələsin.
Alış-verişdə diqqətli olun, bədxərclik etməyin. Sizi aldatmağa çalışacaqlar.
Xərçəng - kollektiv fəaliyyətdə fayda var. Fəaliyyətin dəqiq razılaşdırılması, görüləsi işlərin paylaşdırılmasına ehtiyac duyulur.
Hadisələrin axarı zəifləyir. İşlərdə ləngimə və təxirəsalmalar ola bilər. İnformasiya və ya mühüm xəbərlərin gözləntisi uzana bilər.
Daxili harmoniya hissi sizə işləri yenidən planlaşdırmağa imkan verəcək.
İndi yox, perspektivdə fayda vəd edən işə başlayın.
Alış-veriş üçün yaxşı gündür. Niyyətlərinizi reallaşdırın. Düşünülmüş addımlar atın. Səy sərf etmədən heç nə əldə olunmur.
Şir - gün çoxsaylı işlər vəd edir. Nə iləsə vidalaşmaq məcburiyyəti ilə qarşılaşacaqsınız. Təmir, yerdəyişmə, yeniliklər, ərazinin təmizlənməsi üçün əlverişli gündür. Səylərinizi yönəldəcəyiniz istiqaməti dəqiqləşdirin. Yeni planın gələcəkdə maksimal effekt verməsinə can atın.
Yaxın ətrafınızdakı insanlardan biri təkidlə davranarsa, "yox" deməyi bacarın.
Planlarınızda olmaya, amma vaxt, qüvvə və səy tələb edən işə başlamayın.
Gərəksiz danışıqlara qatılmayın. Münaqişəli situasiyalarda diqqətli davranın. Karyeranızda yeni perspektivlər formalaşa bilər. Problemlərin həlli müzakirələr və danışıqlar səviyyəsində qalacaq.
Qız - ötənlərdə baş vermiş hadisələrdən birinin əks-sədası indi yaşanır. Harmonik və sakit gün olsa da, gözə görünməyən nüanslar var.
Etibarlı tərəfdaşla çalışmağa can atın. Yenilik və ya ciddi maliyyə xərcləri tələb edən işlə məşğul olun. Problemləri süni təkan və ya təkid olmadan həll edin.
Sənədləşdirmədə təxirəsalmalar və ləngimələr ola bilər. Çağırış, sorğu və ya məktubunuza cavab gecikəcək. Son vaxtlar gərginlik yaşanıbsa, səhhətinizdə problemləri hiss edə bilərsiniz. Hansısa nüans səbr kasanızı daşdıracaq son damlaya çevriləcək. İşlərinizdə inadkar, təkidli olun. Qeyri-formal şəraitdə ünsiyyət, informasiya axtarışı faydalıdır. Gözləntiləriniz izafi olmasın.
Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Tərəzi - problemlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Yaşamınızın özəl məqamları və sirlərinizi ətrafınızla bölüşməyin. Hissləriniz və emosiyalanızı qaydaya salın. Sevdiyiniz insanların qayğısına qalın. Həssas olun.
Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Həmişəkindən fərqli şəkildə qərarlar qəbul etdiyiniz məqamlarda irəliləyişə nail ola bilərsiniz. Gözlədiyiniz effektə nail olacaqsınız.
Daimi hərəkət və gərginlik tələb etməyən işlərlə məşğul olun. Axşam saatlarında istirahət edin.
Əqrəb - əlavə işlər və sifarişlər məqbul deyil. Aktiv olun, qətiyyətlə çalışın. Gün xoşagəlməz sürprizlər vəd edir. Tənbəllik və süstlük etməyin.
Ailə qayğıları və ev işləri diqqət tələb edir. Alış-verişdə diqqətli olun, bədxərclik etməyin.
Mübahisəyə qatılmayın, çünki nevrozluq və gərginlik səbəbindən nəticələr xoşagəlməz ola bilər. Arzuolunmaz təsirdən qorunun. Gərəksiz etiraf və etibar zamanı deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın. Bu gün münasib vaxt deyil. Ciddi məsələlərin müzakirəsindən kənar durun. Sizə yeni tapşırıqlar verməyə çalışacaqlar.
Oxatan - yarımçıq işləri başa vurun. İradlar və tələblər üçün əlverişli zaman deyil. Uzun söhbətlər, diskussiyalar, maraqsız işlərdən uzaq durun. Vaxtınızdan səmərəli istifadə edin.
Ev işlərini unutmayın.
Heç nəyi mürəkkəbləşdirməyin. Sizə rəğbət bəsləyən insanla təmaslarda həssas olun. Situativ problemləri ürəyinizə salmayın. Ruhdan düşməyin, gələcəyə baxın. Səhhətinizə fikir verin. Ac qalmayın. Eksperimentlər etməyin.
Oğlaq - kimsəyə imkan verməyin ki, sizə təzyiq etsin. Ciddi işlə məşğul olun. Cari maraqlar və yaşamın şərtlərindən asılı olaraq istiqaməti müəyyənləşdirin. Bir qədər sonra gündəmə gədəcək məsələləri planlaşdırın. Görüş, ünsiyyət, gərəkli xəbərlərin əldə olunması, planların müzakirəsi üçün əlverişli zamandır.
Sizdən ciddi aktivlik gözləyirlər. Şəxsi işlərlə daha fəal məşğul olun.
Əndişə və təlaşları müvəqqəti olaraq unudun, axşam saatlarında yaxşı istirahət edin.
Ailə işləri və təmaslar ön plandadır. Praktiki olun, mövqelərinizi daha səbatlı edin.
Dolça - niyyətinizə və ya planlarınıza mane ola biləcək işlər baş verə bilər. Maraqlarınızın təminatına çalışın. Yaxınlarınızın mənafeləri gündəmə gələrsə, planlarınızı çevik şəkildə dəyişin.
Enerjinizi praktiki işlərə yönəldin. Yaşam arealını qaydaya salın. Uzun müddət ərzində rutin çalışmağın gərəkdiyi yerdə səbrli olun.
Yaşamınızda baş verən olayları anlamağa çalışın. Hazır olmadığınız işlərə başlamayın. Təşəbbüskar olun. Etibar etdiyiniz insanlardan dəstək almağa çalışın. Faydalı əlaqələr yaradın, birgə maraqların təminatına rəvac verin. Yeni işlərə başlamağa tələsməyin.
Balıqlar - emosiyalarınıza hakim olun, baş verənləri diqqətlə müşahidə edin. Hisslərinizin əsiri olmayın. İntuisiya və məntiqlə davranın.
Etiraflara və vədlərə inanmayın.
İşlərinizin gedişatında transformasiya başlanıb. Fon hadisələrinə fikir verməyin. Təmaslar və əlaqələrin ənənəvi sxemlərində dəyişikliklər başlanıb.
Uğurlarınızda və ya uğursuzluğunuzda maraqlı olan insanlar sizə diqqətlə baxırlar.
Əməllərinizin nəticəsini cari olaylara əsaslanaraq müəyyənləşdirə bilərsiniz.
Hər şey sizdən asılıdır.
Milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi