Bu dövlət qurumlarınının bəzi strukturları ləğv ediləcək - Gömrük və İqtisadiyyat Nazirliyi...

img

18-01-2019 [16:14]


İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin bir sıra strukturları ləğv ediləcək.

Bu, prezident İlham Əliyevin dünən imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi və gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinə həmin struktur bölmələrində işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA