Təhsil Nazirliyi: "Məktəblərdə yanvarın 19-da dərs olacaq"

img

18-01-2019 [11:23]


Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, nazir Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: "Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA