"Elmlər Akademiyası"nda metronun çıxışı bağlandı - Küləyə görə

img

18-01-2019 [09:20]


"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: "İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".

B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: "Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA