“Azərenerji”: "Yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb"

img

17-01-2019 [19:23]


"Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş xüsusi iş rejimində çalışır". 

Bunu "Report"a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərləri yanvarın 17-18-də enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər: "Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır. Bu ana kimi bütün elektrik stansiyaları və yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb. Hər şey nəzarət altındadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA