Dənizdə dalğanın hündürlüyü 8 metrə çatıb, külək isə... - Qərargah son vəziyyəti açıqladı

img

17-01-2019 [18:43]


17 yanvar saat 17:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargaha istinadən bildirir ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir: "Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA