Bakı və Abşeronda külək şiddətlənib - Qərargah

img

17-01-2019 [10:14]


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Qərargahdan Mia.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA