“Azərsu” da gücləndirilmiş iş rejiminə keçdi - Hava ilə bağlı

img

16-01-2019 [20:05]


"Azərsu” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin dəyişməsi ilə bağlı xəbərdarlığına əsasən gücləndirilmiş iş rejiminə keçir.

Mia.az ASC-yə istinadən bildirir ki,  qurumun rayon sukanal idarələrinin rəhbərləri ilə bu məsələ barədə iclas keçirilib. 

İclasda qeyd olunub ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək: "Həmçinin, növbətçilik təmin olunacaq. Əhalinin əvvəlki günlərdə olduğu kimi dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunması həyata keçiriləcək. Əməkdaşlar 2 gün ərzində yarana biləcək problemi qısa müddətdə aradan qaldırmağa çalışacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA