İcra Hakimiyyətindən Rəsulzadənin barelyefin oğurlanmasına reaksiya: “Bu, cinayət hadisəsidir”

img

16-01-2019 [14:03]


Ötən gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib  ki, oğurluq, cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə telefon zənginə cavab vermədiyindən məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilmədik. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA