İranın Baş Qərargah rəisi Azərbaycana gəldi

img

16-01-2019 [10:36]


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

Mia.az xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və başqa rəsmilərlə görüşü gözlənilir.

Görüşlərdə hərbi və hərbi texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA