Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib - FOTO

img

15-01-2019 [20:44]


Ermənistanın Baş naziri Nikol PaşinyanGürcüstana qeyri-rəsmi səfər edib.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M.Baxtadze N.Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA