Əbülfəs Qarayev 6 şəhər və rayondan vətəndaşları qəbul edəcək - Bu tarixdə

img

15-01-2019 [10:45]


Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mia.az-a verilən xəbərə görə, nazir yanvarın 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) keçiriləcək görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarının sakinləri iştirak edə bilər. 

Vətəndaşların nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür. 

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin adları çəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA