13-01-2019 [19:00]
Əvvəllər bir jurnalistin yüksələ biləcəyi ən böyük vəzifə mətbuat katibliyi sayılırdısa, son bir il ərzində bir neçə tanınmış jurnalistimiz elə birbaşa mətbuat katibliyindən yüksək vəzifəyə təyinat alıb.
Mia.az modern.az-a istinadən onların siyahısını təqdim edir.
30 oktyabr 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyirdi.
Daha əvvəl isə o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nazirliyə gəlməzdən öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə olub, departament direktoru və "Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

Etimad göstərilərək yüksək posta gətirilən mətbuat katiblərindən biri də Hikmət Hacıyevdir. 26 noyabr 2018-ci ildə Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
H.Hacıyev 2014-2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

Daha bir mətbuat katibi isə icra başçısının müavini postuna gətirilib. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisivəzifəsindən Səbail rayon İcra Hakimiyyəti başçılığına təyinat alan Vüqar Zeynalovun müvafiq əmrilə 14 dekabr 2018-ci ildəVüqar Şıxəmmədovonun müavini vəzifəsinə gətirilib. V.Şıxəmmədov bu təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriolub.

Sonuncu təyinat isə Anar Hüseynovla bağlıdır. Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmrilə qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Anar Hüseynov daha əvvəllərPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi