Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

img

13-01-2019 [14:27]


"Real TV"nin  rəhbəri Mirşahin Ağayevin sosial şəbəkədə haqqında təhqir xarakterli rəy yazdığı üçün tutdurğu gənc dünən gecə azadlığa buraxılıb.

Mia.az xatırladır ki, Mirşahinin tutdurduğu şəxs Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanın oğlu olub.

QHT sədri bu barədə mətbuata açıqlamasında demişdi ki, Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları yanvarın 11-də gecə yaşadığı evdən oğlunu bölməyə aparıblar: "Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb...".

Dünən gecə isə M.Abbasova sosial şəbəkədəki hesabından oğlunun azad edildiyini yazıb: "Şükür Allaha, oğlum gəldi. Allah bütün günahsız yerə həbs olunanların qapısını açsın, amin. Mənə dəstək olan dostlar, həmişə var olun, mun sifətli "dostlar", siz də bir az ləyaqətli olun".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA