Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

13-01-2019 [12:37]


Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. 

Mia.az ETSN-ə istinadən bildirir ki, gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Yanvarın 13-ü günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 13-ü axşamdan 14-ü səhərədək arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA