11-01-2019 [00:54]
""Azəriqaz” peşəkar ixtisas sahiblərini işdən kənarlaşdırır, yerinə gənc, bu sahəni bilməyən adamları işə götürür. İstehsalat Birliyində və regional qaz idarələrində müxtəlif vəzifələrdə çalışanların əksəriyyəti müəllim, həkim və ya ali təhsili olmayan şəxslərdir”.
Belə giley-güzarla Salyan Regional Qaz İdarəsinin keçmiş rəisi Xəyyam Rzayev çıxış edir.
Virtualaz.org-a müraciət edən Rzayev bildirib ki, o da 2015-ci ilin avqustunda "Azəriqaz” rəhbərliyinin göstərişi ilə ərizə yazaraq işdən çıxmağa məcbur olub. 3 ildir qaz sahəsində bütün qapılar üzünə bağlanıb, işə qəbulla bağlı keçirilən müsabiqələrdə ilkin mərhələni keçsə də, sonrakı mərhələdə uduzur.
"2011-ci ildə Salyan rayon qaz idarəsinə rəis təyin olunanda qaz itkisi 65 faiz idisə, sonradan 10 faizə düşdü, yığım isə 100 faizdən yuxarı oldu. Buna görə də 7 rayona xidmət edən regional quruma rəis təyin edildim. 1 il regional qaz idarəsinin rəhbəri oldum”, -Xəyyam Rzayev belə deyir.
Şikayətçinin sözlərinə görə, işdən çıxmadan 1 ay əvvəl Hacıqabul rayon qaz idarəsində yoxlama aparılmasına qərar verib. Yoxlama aparılarkən təlimata uyğun olmadan iri istixanalara 80 min manat dəyərində qaz xətti çəkildiyi aşkarlanıb. Amma yoxlamanın aparılması Əkbər Hacıyevin xoşuna gəlməyib, zəng vuraraq iradını bildirib.

Xəyyam Rzayev
"Dedi ki, nəyə görə özbaşıma yoxlama aparmışam, irad bildirdi. Bundan bir qədər sonra rayonlardan birində tədbir zamanı Dövlət Neft Şirkətinin rəhbər şəxslərinə regional idarənin nəticələri ilə bağlı hesabat verdim, bu da Hacıyevin xoşuna gəlmədi”, -keçmiş rəis deyib.
X.Rzayev əlavə edir ki, nəticələrinə görə onu Bakıya daha yüksək vəzifəyə təyin edəcəklərmiş. Hacıyevin keçmiş müavini Qamət Məmmədov da bundan xəbər tutub və onun işdən çıxarılması üçün tələ qurub: "Qamət Məmmədov dəfələrlə mənə təlimatdan kənar işlər tapşırıb. Bu barədə Hacıyevə məlumat verdim, dedi ki, Qamət Məmmədov onun sözlərini çatdırır. Qamət Məmmədov işdə yol verdiyi nöqsanlarına görə məzuniyyətdən geri çağrılaraq işdən çıxarıldı”.
Rzayevə işdən çıxandan sonra yaxşı işçi olduğuna dair xasiyyətnamə verilib. Şikayətçi deyir ki, pis işçi idisə, nəyə görə belə xasiyyətnamə təqdim edilib? Yaxud qaz üzrə mütəxəssisləri müəllim, baytar, yaxud heç bir təhsili olmayan insanlara həvalə etməklə Hacıyev nəyə nail olmaq istəyir?
"Yeganə istəyim odur ki, şirkətin rəhbər işçilərindən biri məni qəbul edib dinləsin. Mənim işlədiyim dövrdə nəticələrimi araşdıra bilərlər. Həmçinin peşəkarlığımı yoxlaya bilərlər, mən qaz itkilərindən tutmuş bu sahədəki ən xırda nöqsanlara qədər səbəblərini söyləyə bilərəm. Qeyri-peşəkarlar bu sahədən uzaqlaşdırılmalıdır”, -keçmiş rəis bildirir.
İbrahim Kərbalayev
Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə virtualaz.org-a bildirib ki, nə birlikdə, nə də ona tabe idarələrdə qeyri-peşəkarların işə cəlb edilməsi mümkün deyil. İşə götürülən əməkdaşların peşəkarlığına nəzarət edilir.
"Sadəcə digər təşkilatlar kimi burda da nöqsanlara yol verənlər işdən kənarlaşdırılır. Rzayevə və ya işdən çıxarılan digər əməkdaşlara hansısa qərəzlə bağlı iddianın əsası yoxdur”,-Kərbalayev belə deyib.
Ü.Xudiyeva
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi