Ermənistan MTX-nin keçmiş rəhbəri: "2019-cu ildə Qarabağı müdafiə etmək çətin olacaq”

img

09-01-2019 [17:25]


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnzaryan 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində minlərlə hektar əraziyə nəzarəti geri qaytardığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Şahnazaryan ərazilərin geri qaytarılmasından sonra Azərbaycan ordusunun işğal altındakı Dağlıq Qarabağa nəzarət etdiyini bildirib.

Şahnazaryan Qarabağın itirilmək təhlükəsindən də danışıb:

"Ən ciddi təhlükə Qarabağla bağlıdır. Bu təhlükə isə Azərbaycan və Türkiyədən gəlmir, bu təhlükə Ermənistan hakimiyyətindən gəlir. Onsuz da, bugünki müzakirə prosesində bərpa edilməyəcək zərərlər ortaya çıxır. Digər yandan isə, Azərbaycan Naxçıvan ətrafındakı ərazilərə nəzarət edir. Hesab edirəm ki, 2019-cu ildə Qarabağı müdafiə etmək çətin olacaq”.

David Şahnzaryan deyib ki, Ermənistan hakimiyyəti hələ də keçən il Azərbaycan ordusunun Naxçıvan yaxınlığındakı ərazilərə nəzarəti bərpa etdiyi faktını təkzib edir.

Avstraliyanın Holokost İnstitutunun erməni analitiki Masis İngilisyan isə məqaləsində neytral ərazilərdə qarışıq vəziyyətin hökm sürdüyünü bildirib.

İngilisyan iddia edir ki, Azərbaycan ordusunun yeni postlarda möhkəmlənməsindən sonra erməni hərbi birləşmələri geri çəkilmək məcburiyyətində qalıb.

Ön xətdəki erməni birləşmələrinin hələ də addım-adım geri çəkildiyini bildirən analitik xatırladıb ki, keçən il Azərbaycan ordusu 11 min hektarlıq əraziyə nəzarəti ələ keçirib: "Ermənistanın yeni müdafiə naziri David Tonoyan və digər yüksək rütbəli şəxslərin tez-tez Naxçıvan-Ermənistan sərhəd bölgələrinə səfərləri də buradan qaynaqlanır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA