Qonşu ölkədə 600-dən çox insan "donuz qrip" virusu ilə xəstəxanaya yerləşdirildi - Nazir açıqladı

img

09-01-2019 [15:28]


Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.

O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: "Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır”.

Qripə görə uşaq bağçaları və məktəblərin bağlanmasına gəlincə, D.Sergeenko məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, Gürcüstanda "donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA