Gürcü gömrükçüləri Azərbaycan vətəndaşlarından qızıl əşyalar müsadirə edib

img

09-01-2019 [14:41]


 Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq körpü” sərhəd-keçid məntəqəsində bəyan olunmamış qızıl əşyalar aşkar olunub.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsasən, Z.R. və İ.R. adlı Azərbaycan vətəndaşlarından əl yükü və üzərlərində ümumi çəkisi 171.29 qram olan qızıl əşyalar müsadirə olunub. Əşyaların ümumi dəyəri 11 804,56 lari (4 428 dollar) təşkil edir.

Qanunvericiliyə müvafiq olaraq, Azərbaycan vətəndaşları zinət əşyalarının dəyərinə bərabər məbləğdə cərimə olunublar.

Sərhəd-keçid məntəqəsində digər Azərbaycan vətəndaşı Gürcüstana 560 ədəd siqareti qanunsuz keçirməyə cəhd edərkən saxlanılıb. Siqaret qutuları müsadirə olunub, saxlanılan şəxs isə min lari (375 dollar) məbləğində cərimələnib/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA