Azərbaycanlı əsir, girov və itkinlər... - Bu ilin ilk rəsmi STATİSTİKASI

img

09-01-2019 [12:03]


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət KomissiyasındaErmənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 yanvar 2019-cu il tarixinə 3888 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan modern.az-a verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir.

Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.


1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər1483nəfər olub. Onlardan hərbçilər365nəfər, mülki şəxslər1118nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 226-sıuşaqlar, 364-ü qadınlar, 225-i qocalar olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA