08-01-2019 [22:37]
Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsulların çeşidi son vaxtlar kəskin azalıb. Azalma əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunur. Xüsusən, çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.
Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın "Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.
Mia.az xəbər verir ki, Virtualaz.org-un əməkdaşı bu problemi araşdırmaq üçün bəzi məşhur supermarket şəbəkələrinə baş çəkib.
Supermarket rəhbərləri məhsul qıtlığını təsdiqləsələr də, bunu müxtəlif səbəblərlə izah ediblər.
Məsələn, Nizami küçəsində yerləşən "Avromart” mağazasının inzibatçısı Rəşad Quliyev deyir ki, bu bayram günlərində onlara mal gətirən firmaların işləməməsi və digər səbəblərlə əlaqədardır: "Dekabrın 26-27-si ərəfəsində mağazaya adətən yeni mallar gəlmir. Bu da ondan irəli gəlir ki, bəzi firmalar işçilərə bir həftədən çox istirahət veriblər. Bu da bizdən asılı olan məsələ deyil. İdxal məhsullarında da eyni vəziyyətdir. Xarici ölkələrdən gələn məhsullarda bəzən gömrükdə yubanmalar olur. Malın ödənişini edirik, orada gecikdirirlər”.
O, İtaliya istehsalı olan "Bio” yarmasını göstərərək davam edir: "Bu malları biz gömrükdən keçiririk. İtaliya istehsalı olan "Bio” yarması 3 günə də gələ bilər, 10 günə də. Buna görə biz müştəriyə cavab verə bilmirik. Amma yerli məhsullarla bağlı belə problem az olur”.
R. Quliyev bildirir ki, bu problem yanvar ayının 10-dan sonra düzələcək.
"Fresco” supermarketlər şəbəkəsinin "28 May” filialından isə bildiriblər ki, bəzi idxal ərzaqları firmalar onlara verməkdən imtina edirlər. Səbəbi isə onlara aydın deyil: "Bizdə çeşidlər kifayət qədər çoxdur. Elə əvvəlki qaydada işləyirik. Sadəcə olaraq, bəzi firmalar deyirlər ki, bizdə hansısa məhsul yoxdur. Hansı səbəbə yoxdur, bilmirik. Amma deməzdim ki, çeşid azalıb, köhnə brendlər gedir, əvəzində təzələri ilə işləyirik”.
"Bolmart” supermarketlər şəbəkəsinin baş ofisindən isə onlarda belə problemin olmadığını deyiblər.
Mağazanın özünü təqdim etmək istəməyən rəsmisi bildirdi ki, onlar çeşid azlığı deyil, çeşid bolluğundan əziyyət çəkirlər: "Başqa mağazalarda necədi, deyə bilmərəm, amma biz çeşid bolluğundan əziyyət çəkirik. Hər gün yeni məhsullar yaranır. Azalma ilə bağlı problemlə üzləşməmişik. Əksinə, bizdə 35 mindən çox məhsul çeşidi var. Az qalmışıq başımızı itirək”, - deyə müsahib qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi