Göyçay və Ağsuda Cümhuriyyət irsi təbliğ olunub - FOTO

img

05-01-2019 [22:07]


"Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə "Cümhuriyyət Ordusu – Azərbaycan gəncliyinin qürur mənbəyi” adlı layihə həyata keçirir.
 
Birlikdən Mia.az-a verilən məlumata görə, layihənin məqsədi regionlarda yaşayan gənclər, media təmsilçiləri və ictimaiyyət nümayəndələri arasında AXC Silahlı Qüvvələrinin yaradılması, Azərbaycan tarixindəki rolu, ordu quruculuğunda həyata keçirilən islahatlar, uğurlu hərbi əməliyyatlar, qəhrəmanlıq tarixçələriylə bağlı maarifçilik işi aparmaq, gənclərin vətənpərvərlik və milli ruhda tərbiyə edilməsinə dəstək verməkdən ibarətdir.

 Layihə çərçivəsində Göyçay və Ağsu rayonlarında yaşayan jurnalistlər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfranslar keçirilib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin parlaq səhifələrindən birini təşkil etdiyi üçün AXC irsini dərindən öyrənməyə və təbliğ etməyə ehtiyac var. 

Sonra Cümhuriyyət Ordusunun keçdiyi döyüş yolundan bəhs edən "Qələbəyə aparan yol” filmi nümayiş etdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA