"Bunları Əjdər əmi bağında istehsal etməyib ki?..." - İTV-nin efirindən gömrük rəhbərinə sual + VİDEO

img

05-01-2019 [18:57]


Yeni il ərəfəsində istər Bakıda, istərsə də bölgələrdə pirotexniki vasitələrin satışının təşkil edilməsi ilə bağlı müzakirələr səngimək bilmir.

Azərbaycanda istehsalı qadağan edilən partlayıcı maddələrin ölkəmizə hansı yolla gətirilməsi sual olaraq qalır.
 
​Bu məsələyə Dövlət Gömrük Komitəsinin göz yumduğu isə istisna deyil və daha çox tənqid olunan şəxs dövlət qurumunun sədri Səfər Mehdiyevdir.
Elə İTV-də "Halbuki” verilişinin aparıcısı Orxan Fikrətoğlu da bu fikirdədir.

O, müəllifi olduğu verilişdə ad çəkməsə də, hədəf olaraq gömrükçüləri göstərib. Görünən köyə nə bələdçi?(Yenicag.az)
 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA