05-01-2019 [17:55]
Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.
"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.
Qatarda olan sərnişinlər isə minval.info-ya deyiblər ki, qatar 20 dəqiqə dayanandan sonra hərəkətini davam etdirib. Sərnişinlər həmçinin deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir: "Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub.
Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, "Kimin xoşu gəlmir yerini dəyişsin”. Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər”.
Qeyd edək ki, Bakı-Gəncə sürət qatarı (?) xəttə buraxılması 3 ildir təxirə salınandan sonra ötən ilin son günlərində fəaliyyətə başlayıb. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bu hadisəni xüsusu təntənə ilə qeyd etsə də, məlum olub ki, qatar gözlənildiyi və iddia olunduğu qədər də sürətli deyil.
Gəncəyə qədər olan 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə getməsi nəzərdə tutulən qatarın, saatda 80-90 km.-lə hərəkət etdiyi açıqlanıb. Bu sürətlə hərəkət edən qatarlara isə artıq nəinki inkişaf etmiş Avropa ölkələrində, hətta qonşu ölkələrdə, o cümlədən MDB-yə üzv respublikaların bir çoxunda "sürət qatarı” demirlər.
İqtisadçı ekspert Qubad İbadoğlu öz "Facebook” səhifəsindən paylaşdığı "Saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?” başlığı ilə paylaşdığı statusda bunu konkret faktlarla göstərmişdi: "Bu günlərdə yayılan xəbərə görə, gələn ildən xəttə buraxılacaq Bakı-Gəncə "sürət qatarı” 364 kilometri 4 saat 30 dəqiqəyə gedəcək. Müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi. Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Şəkil bölməsində təqdim olunan sürət qatarlarının reytinqindən bunu görmək olar”.

Ekspert eyni zamanda qeyd etmişdi ki, Azərbaycan sürət qatarları alsa belə, dəmiryolunun mövcud vəziyyəti onları yüksək sürətlə hərəkətinə imkan vermir:” Əslində Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır. Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir”.
Bu gün baş verən hadisə isə ekspertin fikirlərini təsdiqləmiş oldu. Görünən odur ki, Azərbaycanda dəmir yollarının texniki durumunda həqiqətən müəyyən problemlər var. Hansı ki, bu problemlər nəinki qatarlarının yüksək sürətlə hərəkətinə imkan vermir, hətta onların yarı yolda qalmasına belə səbəb olur…
Rasim
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi