AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqləndi - Akademik tapşırıqlar verib

img

04-01-2019 [18:20]


AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin bu ildə keçirilən ilk iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin və elmi-tədqiqat müəssisələrinin 2019-cu il üçün nəzərdə tutulan iş planlarını açıqlayıb.

Bölmənin informasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, akademik aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyələr verib.

Sonra 40 maddədən ibarət iş planı və mövzular Rəyasət Heyətində müzakirə olunaraq təsdiqlənib.

İclasda, həmçinin akademiyanın prezidenti, akademik Akif Əlizadənin "AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə” sərəncamından da danışılıb. Sözügedən sərəncamdan irəli gələn məsələlərlə bağlı bölmənin maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA