Azercell “Milyon, milyon nömrələr” kampaniyasına başladı - Yeni nömrələri necə almaq olar?

img

03-01-2019 [17:21]


Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom MMC yeni kampaniya təqdim edir.

"Azercell"dən Mia.az-a verilən məlumata görə, şirkət "Milyon, milyon nömrələr” kampaniyası çərçivəsində pərakəndə nömrə satışlarına başlayır. 

Təqdim olunan yeni kampaniya mövcud və potensial müştərilərə www.mysim.az veb-saytına daxil olmaqla bəyəndiyi nömrəni əldə etmək imkanı verir. Belə ki, müştəri onu maraqlandıran nömrəni axtarış xanasına daxil edir, sistem isə öz növbəsində nömrənin satışda olub-olmadığını müəyyənləşdirir. Axtarış müsbət nəticə verdiyi halda, abunəçiyə həmin nömrənin əldə edilməsi üçün istənilən "Azercell” rəsmi satış məntəqəsinə müraciət etməsi tövsiyyə edilir.

"Azercell”in təqdim etdiyi sözügedən kampaniya çərçivəsində sayt vasitəsilə satış müştərilərin rahatlığını təmin edir, nömrə almaq istəyənlərə daha çox seçim imkanı və sərfəli qiymət təqdim edir. Abunəçi ev və ya ofisi tərk etmədən, almaq istədiyi nömrə kombinasiyasının və ya oxşar nömrə variantlarının mövcudluğu haqqında məlumatı rahatlıqla əldə edir və ona ən yaxın "Azercell” rəsmi satış məntəqəsindən müvafiq nömrəni əldə edir.

Ölkənin lider operatoru olan "Azercell” bundan sonra da müştərilərini unikal xidmətlər və sərfəli kampaniyalarla sevindirməyə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA