Təhsil naziri rektorlara tapşırıq verdi: "İmtahanlarda neqativ hallara yol verənlər..."

img

03-01-2019 [11:51]


Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas məktəblərində imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. 

Mia.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb: "Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Həmçinin, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər". 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA