Eldar Əzizov keçmiş kadrına meriyada yüksək vəzifə verdi - Rəşid Ağayev kimdir?

img

03-01-2019 [11:39]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş kadrına meriyada yüksək vəzifə verib.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, Eldar Əzizov Nərimanov İcra Hakimiyyətində təsərrüfatı şöbəsinin müdiri işləyən Rəşid Ağayevi BŞİH-in ən vacib sahəsinə - Əsaslı Təmir və Tikinti Şöbəsinə müdir təyin edib.

Xatırladaq ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan az sonra həmin vaxtı Kürdəmir Mənzil-Kommunal Tikinti Birliyinin rəisi vəzifəsində işləyən Rəşid Ağayevi Nizamidəki eyni adlı vəzifəyə gətirib. Düz 2003-cü ilədək Rəşid Ağayev həmin vəzifədə Eldar Əzizovun etimadını doğrultmağa çalışıb...

2003-də Eldar Əzizov Gəncə İH-nin başçısı təyin olunduqda sonra da, Nizami rayonundakı xələfi Abdin Fərzəliyev də Rəşid Ağayevə etimad göstərib. 

Lakin az sonra Nizami rayonunda qanunsuz tikintilərlə bağlı əməliyyat keçirildi. Bu barədə o dövrdə mətbuatda xeyli yazılar dərc olundu. Həmin yazılarda bildirilirdi ki, əməliyyat zamanı icra başçısının "Qara kitabı" da götürülüb. Və bu əməliyyatdan az sonra isə A.Fərzəliyev Nərimanova icra başçısı təyin olundu.

Maraqlıdır ki, həmin vaxtı Abdin Fərzəliyev  də Rəşid Ağayevi Nizamidən Nərimanova gətirib, ona icra hakimiyyətində yüksək vəzifə verdi.... 

Bu günlərdə isə Eldar Əzizov sabiq kadrını unutmadığını göstərib. Mer onu meriyaya - daha yüksək vəzifəyə gətirməklə, bunu sübut etmiş oldu.

Yeri gəlmişkən, Rəşid Ağayev həm Nizamidə, həm də Nərimanovda əsasən tikinti məsələlərinə rəsmi və ya qeyri-rəsmi rəhbərlik edən əsas şəxslərdən biri olub.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA