AQTA sədri bu şəxsə vəzifə verdi - Şöbə müdiri departament rəhbəri oldu

img

01-01-2019 [13:06]


AQTA sədri Qoşqar Təhməzli Kənd Təsərrüfatı naziri İnam Kərimovun işdən çıxardığı şəxsə vəzifə verib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Qoşqar Təhməzlinin müvafiq əmri ilə Camal Quliyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat departamentinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir neçə ay öncə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılmışdı. Bundan sonra keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb. 

Bu günlərdə isə o, şöbə müdiri vəzifəsindən departament müdiri vəzifəsinə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA