Əlahiddə Ümumqoşun Orduda fərqlənən hərbi qulluqçular mükafatlandırılıb - FOTO

img

30-12-2018 [14:29]


 Oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə iştirak edən zabit, əsgər və valideynlər ixtisas hazırlığı kursunu uğurla başa vurmuş gənc əsgərləri təbrik ediblər.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə əsgərlər ixtisasları üzrə müxtəlif hazırlıq elementlərini praktiki nümayiş etdiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA