Partiya sədri Azərbaycan xalqını təbrik etdi

img

29-12-2018 [19:28]


MüasirMüsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətiylə Azərbaycan xalqını təbrik edib.

Mia.az həmin təbrik mətnini təqdim edir:

"Əziz, bacı və qardaşlarım, hörmətli həmvətənlər! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətiylə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Bu günlərdə ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün təbriklər qəbul edilir. 

Arzum budur, bu bayramlar Sizə bol ruzi, firavan həyat gətirsin. Bütün xalqımıza əmin-amanlıq, dövlətimizə dayanıqlı gələcək arzulayıram. Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. İnşallah üzümüzə gələn 2019-cu il Azərbaycan Dövlətinə və xalqına düşərli olar".




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA