Cavid Qurbanov Bakı-Gəncə sürət qatarındakı qiymətdən danışdı: "Bu, bir qədər bahalıdır, belə də olmalıdır"

img

29-12-2018 [10:30]


"Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".

Bunu "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu, bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək".

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA