Dekan nazir müavini təyin olundu - Energetika Nazirliyində dəyişiklik

img

28-12-2018 [16:37]


Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Mia.az "Report”a istinadən xəbər verir ki, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA