Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin etdi - Tərcümeyi-hal + FOTO

img

28-12-2018 [14:57]


Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edib.

Mia.az adıçəkilən idarəyə istinadən xəbər verir ki, idarənin müdir müavini Rəşad Tağıyev bu vəzifəyə təyin olunub.

Xatırladılıb ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA