Putin Paşinyanla qucaqlaşdı, təbrik etdi - Moskvada görüş

img

27-12-2018 [20:07]


Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında görüş keçirilib.

"RİA Novosti” xəbər verir ki, görüş zamanı Ermənistan hökumət başçısı Rusiya ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını, Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya məsələsinə də müsbət baxdıqlarını bildirib.

N.Paşinyan həmçinin Rusiya Prezidentini 2019-cu ildə ölkəsinə səfərə dəvət edib.

V.Putin də həmsöhbətini rəhbərlik etdiyi partiyanın seçkilərdəki qələbəsi münasibətilə təbrik edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA