27-12-2018 [17:16]
Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ -"Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi”nın layihəsinin müzakirəsi” və "İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilib.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətinin təməl dayaqlarının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik siyasət sayəsində daha da möhkəmləndirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov ötən müddətdə ölkənin böyük inkişaf yolu keçdiyini qeyd edib.
Baş nazir ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı inkişafın təmin olunması məqsədilə adekvat addımların atıldığını, kompleks islahatların həyata keçirilməsi ilə makroiqtisadi sabitliyə nail olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını, sahibkarlığın inkişaf etdiyini, qeyri-neft ixracının artdığını xatırladıb. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional siyasətin, sistemli tədbirlərin qlobal risklərin neytrallaşdırılmasına imkan yaratdığını bildirib.
Qarşıdan gələn yeni ildə də ölkəmizdə sosial proqramların icrasının uğurla davam etdiriləcəyinə əminliyini bildirən Baş nazir müasir çağırışlara cavab verən layihələr üzərində işlərin daha da intensivləşdirilməsinin, xüsusən müzakirəyə çıxarılan kibertəhlükəsizlik strategiyasinın beynəlxalq standartlara uyğun hazırlanmasının vacibliyini vurğulayıb. Novruz Məmmədov deyib ki, müasir dünya üçün ciddi təhdid olan kibercinayətkarlığın artması, BMT-nin hesabatına əsasən hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olması faktı dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini zəruri edir.
Sonra gündəlikdə duran məsələlərə dair nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib.
Hər iki məsələ ətrafında müzakirələrdə müdafiə naziri Zakir Həsənov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və başqaları çıxış ediblər.
Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, "Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.
İkinci məsələ üzrə isə qərara alınıb ki, maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabineti Sərəncamının layihəsi hazırlansın.
İclasa yekun vuran Baş nazir Novruz Məmmədov tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib, qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi