Yeni icra başçısı hüquqşünası işdən çıxardı, Suğra Məmmədovaya vəzifə verdi - Səbail İH-də daha bir dəyişiklik

img

27-12-2018 [11:20]


Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.

V.Zeylanovun imzaladığı digər əmrlə icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədova təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA