Eldar Əzizov Hacıbala Abıtalıbovun daha 3 kadrını "vurdu" - BŞİH-də yeni dəyişikliklər

img

27-12-2018 [10:05]


Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov rəhbərlik etdiyi qurumda kadr dəyişiklklərini davam etdirir.

Mia.az Report-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.

İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.

Qeyd edək ki, vəzifədən azad edilən hər 3 şöbə müdiri keçmiş mer Hacıbala Abutalıov tərəfindən vaxtı ilə vəzifəyə təyin edilib. Sani Nəsibov isə H.Abutalıbov Suraxanının icra başçısı işlədiyi dövrdə onunla birlikdə işləyib. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA